EN

Cərrah Sənan Mehdiyevin qurbanları: Leyla, Nəzrin, Səbinə, Ülviyyə…

Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən Nəzrin Mansurovanın vəziyyəti ağırdır. 30 yaşlı Nəzrin də ölkədəki faciəli plastik cərrahi əməliyyatlardan birinin qurbanı olub və artıq 4 gündür komadadır.

Nəzrin burun çəpərindəki əyriliyə görə əməliyyat olunmuşdu. İndi isə ölümün pəncəsindədir. Onu əməliyyat edən həkim Sənan Mehdiyevdir.

Bu, Sənan Mehdiyevin faciə ilə nəticələnən ilk əməliyyatı deyil. Bu haqda sonra...

Əvvəlcə Nəzrinin başına gələnlər haqda...

NEZRİN.jpeg

Fotodakı Nəzrin Mansurova

Nəzrinin ailəsi iddia edir ki, onun beyninə çirk yayıldığı üçün əməliyyatdan cəmi bir gün sonra vəziyyəti ağırlaşıb. Həkiminə zəng ediblər. Həkim bildirib ki, bu, normal haldır və düzələcək. Nəzrinin vəziyyətinin yaxşı olmadığını görən ailəsi onu özəl klinikalardan birinə yerləşdirib. Həkimlər bildirib ki, Nəzrinin beyni zədələnib. Sonra da Nəzrin komaya düşüb.

Sənan Mehdiyev isə Nəzrinin əməliyyatdan sonra öz ayaqları ilə evə getdiyini, əməliyyatın heç bir yan təsirinin olmadığını deyib.

Qeyd edək ki, bu hadisə ilə bağlı araşdırma başlayıb.

SENAN.jpeg

Fotodakı Sənan Mehdiyev

Chosen
21
8
publika.az

10Sources