Timsahlar İndoneziya sakinlərini tələyə salmaq üçün boğulurmuş kimi davranmağa başlayıblar.
Söz.az xəbər verir ki, bu barədə The Economic Times News məlumat yayıb.
İnternetdə göldə insan əlini xatırladan pəncələrini yelləyən timsahın görüntüləri yayılıb.
Suda çırpınan insan fiqurunun olması görənləri "batan adamı" xilas etməyə sövq edir. Güman edilir ki, timsah insanları bu yolla tələyə salmağa çalışır.
İnternet istifadəçilərinin timsahların hərəkətləri ilə bağlı fikirləri iki yerə bölünüb. Bəziləri sürünənlərin davranışından narahat olublar. Digərləri isə yalnız son dərəcə diqqətsiz birinin belə hiyləgərliyin qurbanı ola biləcəyinə inanıb.