EN

ABŞ-ın sanksiyaları fonunda neftin qiyməti qalxıb

ABŞ-ın Rusiya neftinə qarşı yeni sanksiyaları fonunda neftin qiyməti son ayların ən yüksək səviyyəsinə qalxıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi xəbər verib.

Yanvarın 13-də Brent markalı Şimal dənizi neftinin fyuçerslərinin barreli 1,35 dollar artaraq 81,11 dollar olub. Bir gün əvvəl qiymət 81,44 dollara qədər bahalaşaraq, karbohidrogen qiymətlərinin avqust ayı səviyyəsinə çatıb.

ABŞ-ın Texas nefti 1,40 dollar bahalaşaraq bir barel üçün 77,97 dollar olub ki, bu da oktyabrın birinci yarısından bəri ən yüksək qiymətdir.

Poliqon.info 

Chosen
15
poliqon.info

1Sources