Doqquz NATO ölkəsi “münaqişə şəraitində” qoşunların şərq cinahına sürətlə yerləşdirilməsi imkanlarını yoxlamaq üçün yanvarın 13-dən fevralın 26-dək “Steadfast Dart-25” təlimi keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Təlimdə NATO-ya üzv olan 9 ölkədən 10 minə yaxın hərbçi, həmçinin hava, quru, dəniz və xüsusi təyinatlıların şəxsi heyəti iştirak edəcək.