EN

Zelenski Slovakiya baş naziri Fikonu yenidən təhqir etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fikonun Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ilə bağlı iradlarına sərt və təhqiramiz cavab verib. Bu barədə RIA Novosti məlumat yayıb.

Zelenski sosial şəbəkədə yazıb ki, "Fiko Avropadakı xəbərdarlıqlara baxmayaraq, heç bir tədbir görməyib və indi günahı başqalarının üzərinə atmağa çalışır". O əlavə edib ki, Ukrayna Slovakiyaya tranzitin dayandırılmasına uyğunlaşmaqda kömək etməyə hazır idi, lakin Fiko bunu rədd edib.

Daha əvvəl Fiko Zelenskini "şantajçı və dilənçi" adlandırmış, Ukraynanın tranzitdən 800 milyon avro itirmək bahasına Avropadan yenidən maliyyə yardımı tələb etdiyini qeyd etmişdi. O, Brüsselin Ukraynaya əlavə 50 milyard avro ayırmaq qərarına veto qoymağa hazır olduğunu bildirib.

Fiko həmçinin Rusiya Prezidenti Vladimir Putinin qaz təchizatı ilə bağlı öhdəliklərin yerinə yetiriləcəyinə dair zəmanət verdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources