Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəraitdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Editor.az “Report”a istinadən xəbər verir ki, KIA markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində KIA markalı, 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan bir nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.