EN

Heydər Əliyev Beynəlxalq Aeroportu: 2024-cü ilin nəticələri və nailiyyətləri (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturuninkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcıaviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başavurub.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuatxidmətindən məlumat verilib.

Rekord göstəricilər

2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstəribki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqamətiəhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli(loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya vəYaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milliaviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilətranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzitsərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24%çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdəsərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.

Beynəlxalq tanınma

2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalqarenada da əlamətdar olub:

  • Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya vəMDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb.
  • Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən YaxşıHava Limanı Heyəti" nominasiyasında qalib gəlib.
  • Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzvolaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxışəldə edib.

Modernizasiya və innovasiyalar

Strateji inkişaf planı çərçivəsində hava limanında mühüminfrastruktur layihələri icra edilib:

  • Beynəlxalq standartlara uyğun uçuş-enmə zolaqlarından birinintamamilə yenidən qurulması;
  • Ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarının tikintisivə əsaslı təmiri həyata keçirilib.

Sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşaqeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service BaggageDrop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb ki, bu da gözləməmüddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək vəsərnişinlər üçün səyahəti daha çevik və rahat edir.

Ekoloji məsuliyyət

Hava limanı ətraf mühitin qorunması və ekoloji dayanıqlığıntəmin olunması istiqamətində də fəal iş aparır:

  • Karbon qazı tullantıları 8% azaldılıb.
  • Sistemlərin modernləşdirilməsi nəticəsində 260 kVt/saatelektrik enerjisinə qənaət edilib.
  • Hava limanı Airport Carbon Accreditation (ACA) proqramınınikinci səviyyəsi olan "Azaltma" (Reduction) mərhələsinə nailolub.

Qeyd edək ki, 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportumarşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyalarıntətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlikstandartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarınıntəhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də karbonizinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərintətbiq olunması istiqamətində inkişafını davam etdirəcək.

Heydər
Chosen
12
17
az.trend.az

10Sources