EN

Adam ölümündən sonra soyadının verildiyi şəhərə 10 milyon avro miras qoydu

Roje Tibervil uzun ömrü boyu bir dəfə də olsun onun soyadı verildiyi Norman şəhərciyinə getməyib. Onun ailəsinin üzüm bağları olub. Valideynlərindən Parisdə miras olaraq mülk alıb və meteoroloq kimi işləyib.

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, hər şey 2024-cü il avqust ayında baş verən bir hadisədən sonra olub.

Roje Tibervil avqust ayında 91 yaşında vəfat edib. Onun heç bir nəsli qalmayanda, şəhər merinə telefon zəngi olub. Məlum olub ki, o, 10 milyon avro dəyərində olan sərvətinin böyük hissəsini Tibervilə buraxıb.

Tibervil şəhərinin meri Qi Paris deyib ki, təəccüblənən və sevinən yerli sakinlər və məmurlar indi bələdiyyənin illik büdcəsindən beş dəfə çox olan pulu necə xərcləyəcəklərini düşünürlər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
4
herbiand.az

1Sources