Bakı.Trend:
ABŞ müdafi naziri Loyd Ostin federal hökuməti büdcədən müdafiəxərclərinə ayrılan vəsaiti artırmağa çağıran rəsmi məktublamüraciət edib.
Trend “Bloomberg”əistinadən xəbər verir ki, Pentaqon rəhbəri 2028-ci ilin maliyyəilinə kimi hərbi büdcənin 1 trilyon ABŞ dollarını üstələməsiniistəyir.
“Ostin məktubda inzibati-büdcə idarəsinə, seçilmiş prezidentDonald Trampın administrasiyasına müdafiə quruculuğu ilə bağlı beşillik planın çatdırılmasını tövsiyə edib. Həmin plana əsasən,2026-cı ildə müdafiəyə 926.5 milyard dollar ayrılmalıdır, hərçəndbu məbləğin 876.8 milyard dollar olması proqnozlaşdırılırdı”, - oqeyd edib.
Pentaqon rəhbərinin sözlərinə görə, plana əsasən, 2027-ci ilinmaliyyə ilinə büdcədən müdafiə xərclərinə 972.8 milyard dolların,2028-ci ilə isə 1 trilyon dollardan çox vəsaitin ayrılması təklifolunur.
Ostin onu da qeyd edir ki, Pentaqonun maliyyələşməsinə Ukraynavə İsrailə ayrılan hərbi yardım daxil edilməməlidir. Müdafiənazirinin sözlərinə görə, xarici hərbi yardımlar əlava ayırımlarhesabında maliyyələşməlidir.