EN

Böyük Britaniya Ukraynaya sülhməramlılar göndərmək çağyə çağırıb

Britaniya hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar göndərməlidir.

Herbiand.az xəbər verir ki, bu fikirləri Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şapps (2023-24) və Qavin Uilyamson (2017-19 Britaniyanın The Telegraph qəzetinə müsahibəsində bildiriblər

"Britaniya hərbçilərinin müharibədən sonrakı sülhməramlı qüvvələrdə iştirakı, şübhəsiz ki, müsbət olardı, lakin bu, Ukraynanın həqiqətən ehtiyac duyduğu şeyin yalnız kiçik bir hissəsidir", - Şapps deyib. O, Britaniyanın "Putinin vəhşi və qeyri-qanuni işğalına qarşı" Ukraynanı dəstəkləməkdə ön sıralarda olduğunu və Londonun indi Kiyevin NATO-ya üzv olmasına kömək etməli olduğunu deyib.

Keçmiş müdafiə naziri vurğulayıb: “Daha az şey Ukraynanın cəsarətinə və müdafiə etdiyimiz prinsiplərə xəyanət olardı”.

Chosen
7
herbiand.az

1Sources