İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İrəvanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.
"Biz Aİİ-ni heç nə ilə əvəz etmək istəmirik. Müstəqil olmaq istəyirik, müstəqillik bir ölkədən deyil, hamıdan və hamının sizdən asılı olması deməkdir",- deyə Papoyan qeyd edib.
O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini dəstəkləməli, inkişaf etdirməli və artırmalı, eləcə də digər təşkilatlarla əlaqələrini genişləndirməlidir.