EN

"Bəyaz Diş Gənclik" MMC-nin əmlakını ələ keçirən qadının məhkəməsi başladı

"Bəyaz Diş Gənclik" MMC-nin əmlakını mənimsəməkdə təqsirləndirilən Nigar ZaurSüleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərzadəninsədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxsin hüquq və vəzifələri izah olunub. Zərərçəkmiş MMC-nin nümayəndəsi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Bildirib ki, gələcəkdə təqsirləndirilən şəxs məhkəməyə yayına bilər.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev cinayət işinin məhkəmə baxışına verilməsi təklif edib. O, MMC-nin nümayəndəsinin vəsatətlərin təmin olunması üçün əsaslar yoxdur.

Təqsirləndirilən şəxsin vəkili Səlahəddin Cəfərov zərərçəkmiş şəxsin vəsatətinin təmin olunmamasını istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini, araşdırılmasını xahiş edib.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını müəyyən etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.

Qərara görə, zərərçəkmişin nümayəndəsinin vəsatəti təmin olunmayıb. Cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
Məhkəmə baxışı yanvarın 27-ə təyin olunub.

İttiham aktına görə, klinikanın qəbulunda işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.
Nigar Süleymanovanın barəsində Cinayət Məcəlləsininin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə "Bəyaz Diş Gənclik" MMC zərərçəkmiş qismində tanınıb. MMC-nin təsisiçisi və direktoru Ramiz Cəlilovdur.


Müəllif: Hacı Zeynalov
Chosen
23
teleqraf.com

1Sources