EN

“Köhnə Yeni il” bayramı hansı ölkələrdə qeyd edilir?  

Bu gün -13 yanvar bəzi ölkələrdə “Köhnə yeni il” qeyd edilir.

Modern.az xatırladır ki, “Köhnə yeni il”i qeyd etmək ənənəsi qədimdən, hələ Yulian təqviminin vaxtından yaranıb.

Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayırdı. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu günü bayram kimi qeyd edərdi. 1700-cü ildə isə Birinci Pyotor həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. 

Tarix dəyişsə də, bir sıra xalqlar bu günü ənənələrin saxlanması məqsədilə “Köhnə Yeni il” kimi qeyd etməyə davam edir. Bu da provaslav kilsəsinin bütün günləri Yulian təqviminə əsasən qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə “Milad bayramı” kimi qeyd olunur. 

Rusiya ilə yanaşı “Köhnə Yeni İl” bəzi keçmiş sovet ölkələrində, Monteneqroda da keçirilir. Təzə ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Monteneqroda hələ də tam saxlanılıb. Çünki bu ölkələr də Rusiyada olduğu kimi kilsə günlərini Yuli təqvimi ilə qeyd edir. 

Serbiyada bayram “Serb Yeni ili” adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd edilir.

Yaponiyada isə "rissyun" adlanan köhnə Yeni il baharın gəlişini bildirir. Ölkəmizdə isə bu günü burada yaşayan ruslar qeyd edirlər. Hətta dünyanın bəzi ölkələrində bu bayramın özüə keçirilməsi ilə səbəblər də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit və qarışıqlıqdan uzaq olmasıdır.

Fidan Eldarova

Chosen
16
8
modern.az

9Sources