EN

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 29 milyon manata yaxın olub

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 4,4 milyon manatdan çox olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ildə icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 18,9 faiz artıb və 29 milyon manata yaxın təşkil edib.

 

 

Chosen
9
azertag.az

1Sources