EN

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

"ARCHİCO" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə irəli sürülüb.

İşə 23 yanvar tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

Sabiq İsbəndərli

Chosen
26
valyuta.az

1Sources