EN

Maduro bu adanın amerikalılardan azad edilməsinə ÇAĞIRIŞ ETDİ

Venesuela prezidenti Nikolas Maduro Beynəlxalq Antifaşist Dünya Festivalının bağlanışında Puerto-Rikonun (Karib dənizində ada) dekolonizasiyasına (müstəmləkəçilikdən azad olma) və ərazinin amerikalılardan azad edilməsinə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.

Venesuela lideri hesab edir ki, Braziliyadan olan hərbçilər bu məsələdə ölkəyə kömək etməlidirlər.

“Şimalda onların müstəmləkəçilik proqramı olduğu kimi, bizim də azadlıq proqramımız var. Proqramımız isə Simon Bolivar tərəfindən yazılıb. Puerto-Rikonun azadlığına az qalıb, biz buna Braziliya qoşunlarının köməyi ilə nail olacağıq”, - deyə Maduro bildirib.

O, 80 il əvvəl olduğu kimi qlobal antifaşist ittifaqı yaratmağa çağırıb.

Chosen
14
publika.az

1Sources