EN

Xidmət rəsmisi: Bilgəhdəki suiti və quş cəsədlərindən nümunələr götürülüb

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəsədlərdən nümunələr götürüb:

"Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Chosen
11
29
7news.az

10Sources