EN

FIFA-dan "Hatayspor"a qadağa - Renat Dadaşova görə

FIFA Renat Dadaşovun şikayətinə əsasən “Hatayspor” klubuna transfer qadağası qoyub.

İdman.biz xəbər verir ki, buna səbəb klubun Azərbaycan yığmasının hücumçusuna borclu qalmasıdır.

2023/2024 mövsümündə Hatay təmsilçisinin heyətində çıxış edən Dadaşovun müqaviləsinin şərtləri yerinə yetirilməyib. Nəticədə FIFA "Hatayspor"a iki transfer pəncərəsində qadağası qoyub. Məsələ ilə bağlı klub İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, yayda "Hatayspor"dan ayrılan Renat sərbəs futbolçu kimi “Ankaragücü”nə keçib.

İdman.biz

Chosen
19
1
idman.biz

2Sources