EN

Salyan sakininin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub VİDEO

Salyan rayon sakini, 41 yaşlı Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, istintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı, 39 yaşlı Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalardan sonra Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
10
1
xezerxeber.az

10Sources