Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Uruqvay hökumətini və xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi X hesabında paylaşım edilib.
“Azərbaycan və Uruqvay arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Uruqvay xalqını və hökumətini ürəkdən təbrik edirik!” - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu il tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur.
Bizim.Media