EN

Rusiya xarici işlər nazirinin Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktubu siyasi sifarişdir - Rusiya XİN

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanınxarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxtaməktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsussərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etməkcəhdidir.

Trend xəbər verir ki, bubarədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey LavrovdanAzərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilindəyazılmış saxta məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmizRusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verəbilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəbolmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.

Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasisifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında“Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzayauğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır.

Xatırladaq ki, təyyarə qəzasının səbəbləri ilə bağlı müvafiqqurumlar tərəfindən araşdırma aparılır.

Dekabrın 28-də Lavrov və Bayramov arasında telefon danışığı baştutub və nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu faciəlihadisənin hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyibarədə razılıqlarını təsdiq ediblər.

Saxta məlumatlara etibar etməməyi tövsiyə edirik. Rusiya Xariciİşlər Nazirliyinin rəsmi materialları və bəyanatları, Lavrovunçıxışlarının stenoqramları Rusiya Xarici İşlər Nazirliyinin rəsmisaytında və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir", -deyə Rusiya XİN bildirib.

Chosen
8
13
az.trend.az

10Sources