EN

Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir...

Oxu.Az xəbər verir ki, bunu mərhumun oğlu Samir Xanbabayev Bizim.Media-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, atası "Qurd qapısı" məzarlığında dəfn ediləcək.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev qaraciyərində yaranan problemdən əziyyət çəkirdi.

***

Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.

Poliqon xəbər verir ki, bu barədə Demokrat.az-a mərhumun yaxınları məlumat verib.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.

O, sabah Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ş.Xanbabayev 23 oktyabr 2004-cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayonunun icra başçısı olub.

Poliqon.info

 

 

Chosen
17
3
poliqon.info

4Sources