EN

BMW-nin satışları 2,9% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke” (BMW) dördüncü rübdə əyləc sistemində problemlər aşkar edildikdən sonra tədarükün dayandırılması, eləcə də Çində zəif tələb səbəbindən satışlarda 2,9% azalma qeydə alıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş hesabatda deyilir.

Qeyd olunur ki, son rübdə cəmi 696 647 BMW Group avtomobili (MINI və “Rolls-Royce” markaları daxil olmaqla) satılıb. Eyni zamanda, BMW elektrik avtomobillərinin satışı 2023-cü ilin dördüncü rübü ilə müqayisədə 2,9% artaraq 132 542 ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
16
banco.az

1Sources