EN

Yarım ildən bir tövsiyə olunan rentgen və bir aya müddəti bitən arayış: Qayda nə deyir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın, sidiyin ümumi analizi daxildir.
Tibbi arayışın müddəti bir aydır. Altı aydan tez rentgen müayinəsi isə tövsiyə olunmur. Əgər kimsə tibbi arayışı qüvvədən düşdükdən qısa müddət sonra yenidən eyni sənədi almalı olarsa, təkrarən rentgen müayinəsindən keçməsi şərtdir?
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hər bir vətəndaş üçün rentgen müayinələri altı ay ərzində bir dəfə tövsiyə edilir:
"Lakin həmin müddətdən daha tez sağlamlıq haqqında arayışa ehtiyac olarsa, bu zaman öncədən çəkilmiş (sözügedən müddət ərzində) rentgen müayinə haqqında ambulator tibbi kitabçada olan qeydə istinad edilir və vətəndaşın yenidən rentgen müayinəsindən keçirilməsinə ehtiyac yoxdur".
Qeyd edilib ki, zərurət yarananda və həkim-terapevt tərəfindən əsaslandırıldığı hallarda altı aydan daha tez rentgen müayinəsi təyin edilə bilər.
Aləmdə Nəsib
Chosen
28
26
oxu.az

10Sources