EN

Ronaldu "Əl-Nəsr"lə razılığa gəldi - Yeni müqavilənin detalları

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini bir mövsümlük uzadacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə “Al Khabar” məlumat yayıb .

Portuqaliyalının "Əl-Nəsr"lə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. İddia olunur ki, fevralın 5-də 40 yaşı tamam olacaq Kriştianu artıq müddətin uzadılması təklifini qəbul edib və müqaviləni rəsmən bağlamağa yaxındır.

2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edən Ronaldu, yeni müqaviləyə görə ildə 200 milyon avro almalıdır. Belədə, portuqaliyalı dünyanın ən yüksək maaşlı futbolçusu olaraq qalacaq və həftədə təxminən 3,8 milyon avro qazanacaq.

Ronaldu bu mövsüm klubunda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Chosen
6
fanat.az

1Sources