EN

Eks-CİA analitiki: ABŞ hərbçiləri Almaniyadan çıxarılacaq– ÖZƏL

ABŞ-nin Almaniyadakı hərbi bazaları ilə bağlı tənqidlər davam edir. Eks-CİA analitiki Larri Conson "Dialogue Works" YouTube kanalında bildirib ki, Almaniya yaxın gələcəkdə ABŞ hərbçilərindən ölkəni tərk etməyi tələb edə bilər.

"İkinci Dünya müharibəsindən 80 il keçib, lakin ABŞ hələ də Almaniyada hərbi bazalarını saxlayır. Bir gün Almaniya deyəcək: 'Təşəkkürlər, Amerika, indi çıx get. Bu bizim ölkəmizdir, sənin yox'," - deyə Conson vurğulayıb.

Ekspert hesab edir ki, Almaniya Vaşinqtonla əlaqələrin kəsilməsinə iqtisadi baxımdan davam gətirə bilər. O, Almaniyanın ABŞ-dən qorxduğunu və bu səbəbdən hələlik münasibətləri pozmadığını qeyd edib.

Conson, həmçinin, ABŞ-nin digər Avropa ölkələrindəki hərbi bazalarının da bağlanma ehtimalının olduğunu və bunun çoxqütblü dünyaya keçidin göstəricisi olacağını bildirib.

Qeyd edək ki, Almaniya parlamentində SSV partiyasının üzvü Sevim Dağdelen də ölkədəki 37 min ABŞ hərbçisinin saxlanmasının artıq mümkün olmadığını deyib və nüvə silahlarının çıxarılmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
3
olaylar.az

4Sources