EN

Taekvondoçular mövsümü Əl-Füceyrədə açacaqlar

Taekvondoçuları üçün bu ilin ilk beynəlxalq startı BƏƏ-nin Əl-Füceyrə şəhərində olacaq.

İdman.biz xəbər verir ki, fevralın 9-10-da orada reytinq turniri keçiriləcək və Azərbaycan millisi də həmin yarışa hazırlaşır.

Siyahıda növbəti turnir fevralın 13-16-da Antalyada təşkil ediləcək ənənəvi "Turkish Open" olacaq.

İlin əsas yarışına gəlincə, dünya çempionatı oktyabrın 24-30-da Çində keçiriləcək.

Qeyd edək ki, bəzi turnirlərin ev sahibləri hələ müəyyənləşməyib. Onların arasında 21 yaşadək gənclər arasında dünya çempionatı və qadınlar arasında açıq dünya çempionatı da var.

İdman.biz

Chosen
10
idman.biz

1Sources