EN

Cenevrdə İran və Avropa dövlətləri arasında danışıqlar olub

Cenevrdə İran və Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların üçüncü raundu baş tutub.

AzPost bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, danışıqlar ciddi və konstruktiv keçib. “İki sahə üzrə – sanksiyaların aradan qaldırılması və nüvə üzrə ideyaları müzakirə etdik. Razılığa gəlmək üçün bu iki sahə vacibdir”.

Nazir müavini deyib ki, danışıqları bərpa etmək və bütün tərəflər arasında razılığa gəlmək üçün müvafiq mühit yaratmaq barədə konsensus əldə olunub. Danışıqların davam etdirilməsi qərara alınıb.

 

Chosen
18
azpost.info

1Sources