EN

Azərbaycanlı "Ironman" Dubay marafonunda

Azərbaycanın ilk "Ironman"i Firdovsi Kərimov bu il ilk beynəlxalq marafonda iştirak edib.

İdman.biz xəbər verir ki, o, BƏƏ-nin Dubay şəhərində qızmar günəş altında 42,195 km məsafəni qət edib.

Kərimov çıxışını bitirdikdən sonra qeyd edib: “İki il əvvəl vaxt baxımından müəyyənləşdirdiyim rekordumu yeniləməyim çox xoşdur".

Qeyd edək ki, o, ötən il Almaniya, Latviya, İtaliya, Polşa və digər ölkələrdə keçirilən marafon yarışlarına qatılıb.

İdman.biz

Chosen
40
idman.biz

1Sources