ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Newsmax-a müsahibəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib.
“Və onun görüşmək istədiyini bilirəm və mən çox tez görüşəcəm. Kaş ki, bunu daha tez edə bilsəydim”, – Tramp deyib.
Eyni zamanda, o, görüşün yalnız andiçmə mərasimindən sonra baş tuta biləcəyini, beləliklə, ABŞ-ın hazırkı prezidenti kimi ölkəni təmsil edə biləcəyini vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, hazırda Putinlə Tramp arasında görüş üçün konkret plan yoxdur.
DOĞRU.AZ