Yanvarın 9-da reanimasiyaya yerləşdirilən müğənni Edip Akbayramın sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.
Â
News365.az xəbər verir ki, bununla bağlı sənətçinin qızı Türkü Akbayram açıqlama yayıb. O 75 yaşlı atasının səhhətinin yaxşı olduğunu və hər gün daha da yaxşılaşdığını vurğulayıb.
Â
"Atamın səhhəti hər keçən dəqiqə yaxşılaşır. Onun bu gün oyanması gözlənilir" - deyə Türkü qeyd edib.
Â
Xatırladaq ki, 5 gün əvvəl evində yıxılan Edip Akbayram təcili olaraq xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi. Həmin vaxt onun vəziyyətli kritik idi.
Â