EN

Serenay Sarıkaya Prokurorluğa ÇAĞIRILDI

“ID Consultancy Limited Company” şirkətinin təsisçisi və ortağı menecer Ayşe Barımın barəsində açılan istintaq çərçivəsində xaricə çıxışı qadağan edilib.

News24.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu bəzi sənətçi və aktyorların meneceri olan Barımla bağlı sosial media platformalarında yazılan və xəbərlərdə yer alan iddiaları qəbul edib. Maddi həqiqəti üzə çıxarmaq üçün vəzifəli olaraq başladılan istintaq davam edir. 

Bir çox məşhur aktyor\ aktrisanın meneceri olan Barımın sektorda monopoliyaya səbəb olduğu iddiaları ilə gündəmə gəlib və ona qarşı çıxanları bazardan uzaqlaşdırdığı iddia edilib.

Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya da ifadə vermək üçün Respublika Baş Prokurorluğuna çağırılıb.

Qeyd edək ki,  Rəqabət Qurumunun serial və film sektoruna qarşı başlatdığı haqsız rəqabət araşdırmasının bir ucu Mert Demir və Serenay Sarıkaya cütlüyünə çatıb. Onların pul qarşılığında reklam əlaqəsi qurduqları iddia edilib. Mert Dəmirin bir iş adamı ilə homoseksual münasibətdə olması və bu münasibəti gizlətmək üçün Serenay Sarıkaya ilə 5 milyon dollar qarşılığında reklam əlaqəsi qurması iddiası jurnalın gündəmini bomba kimi vurub. \\MİLLİYET

Günel Məlikzadə

Chosen
11
9
news24.az

10Sources