Hurriyyet.az xəbər verir ki, Kreml Ermənistanla ABŞ-ın əlaqələrinin güclənməsi barəsində mövqeyini bildirib.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın heç zaman Cənubi Qafqazda sabitləşdirici rol oynamadığını söyləyib. Peskov jurnalistlərin ABŞ ilə Ermənistan arasında bu axşam imzalanacaq strateji əməkdaşlıq sazişi barəsində sualının cavabında deyib: "Birləşmiş Ştatlar heç vaxt Cənubi Qafqazda xüsusi sabitləşdirici rola malik olmayıb. Hətta, əksini demək olar - əlbəttə ki, Birləşmiş Ştatlar hər bir yolla öz qafiləsinə yeni-yeni ölkələr cəlb etməyə çalışır".
Kremlin təmsilçisi ardından belə deyib: "Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var. Bu münasibətləri yüksək qiymətləndiririk. Onları sonra da inkişaf etdirmək niyyətindəyik".
Hürr Tərcüman