EN

Müxalifət liderindən prezidentə təhdid

Venesuelada müxalifət lideri Maria Korina Maçado yanvarın 10-da prezident kimi and içən Nikolas Maduronu hədələyib.

O,“Onun hakimiyyətdə olduğu günlər sayılı”,- deyib.

"Cebheinfo.az" xəbər verir ki, "X" sosial media platformasında açıqlama verən Maçado Maduro hökumətini hədəf alıb.

Maçado "Rejimdəkilər az olduqlarını və təcrid olunduğunu bilirlər və bilirlər ki, iqtidarda olan günlərinin sayı var. Bu səbəbdən paranoyakdırlar və yatmırlar. Sonlarının yaxın olduğunu bilirlər və ətrafdakı hər hansı biri tərəfindən satılmaqdan qorxurlar”,- deyə bildirib. 

Maçado Maduro administrasiyasının 28 iyul 2024-cü il seçkilərində qalib gəldiyini göstərən protokolları heç vaxt göstərə bilməyəcəyini iddia edib: "Bunun ən çətin an olduğunu, riskləri bilirik və ona görə də rinqdəyik, vuruşuruq, vururuq. Birinci raundda qalib gəlməsək, üçüncü, dördüncü raundda qazanacağıq. Biz artıq onların iplərini əlimizdə tutduğumuz üçün qalib gələcəyik”. 

Maçado Maduro administrasiyasını məğlub etdiklərini bildirib və hər kəsdən mübarizədən əl çəkməməyi xahiş edib.

Chosen
6
cebheinfo.az

1Sources