EN

Qarabağ erməniləri Ermənistandan da qaçır

Qarabağdan könüllü köçdükdən sonra Ermənistanın Tavuş vilayətində məskunlaşan ermənilərin sayı azalır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti jurnalist Voskan Sarqsyana istinadən yazıb. 

Qeyd edilir ki, 2023-cü ilin payızında Tavuş vilayətində Qarabağdan gəlmiş 2 970 nəfər (780 ailə) məskunlaşıb. 

“Mən Tavuş qubernatoru Hayk Qalumyana bölgədə yaşayan Qarabağ sakinlərinin hazırda sayı barədə sorğu göndərdim”, - deyə jurnalist bildirir. 

Administrasiyanın cavabında göstərilib ki, 2025-ci il 8 yanvar tarixinə Ermənistanda “Dağlıq Qarabağ”dan köçmüş 564 ailə (1 920 nəfər) yaşayır. 

Belə ki, bu müddət ərzində 216 ailə, yəni 1050 nəfər Tavuşu tərk edib. 

“Bu rəqəmlər çox narahatedicidir”, - deyə jurnalist yazıb.

Chosen
9
cebheinfo.az

1Sources