İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bu il üzrə dövlət büdcəsinə daxil olması proqnozlaşdırılan 15,5 milyard manat vəsaitin 75,3 %-nin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 %-nin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 18 % çox və 3,6 % azdır.
Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 % həddində proqnozlaşdırılır. (Report)