EN

AZAL təyyarəsinin qara qutuları KİV-də yayılan bəzi məlumatları təsdiqləmir - Lavrov

Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin qara qutularının məlumatları mətbuatda yayılan bəzi məlumatları təsdiqləmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Braziliyada xüsusi iclas oldu, qara qutular açıldı, orada maraqlı mÉ™lumatlar var. Biz hÉ™rtÉ™rÉ™fli araÅŸdırmanı gözlÉ™mÉ™liyik vÉ™ ümumiyyÉ™tlÉ™ media mÉ™kanında ab-havanı qarışdırmamalıyıq”, deyÉ™ rusiyalı nazir bildirib.

Lavrovun sözlərinə görə, Azərbaycanla cari strukturlu münasibətlər istənilən məsələni operativ həll etməyə imkan verir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Chosen
21
buta.media

1Sources