İspaniyanın "Sevilya" komandasında çıxış edən "Kike" ləqəbli ispan müdafiəçi Enrike Xesus Salas fırıldaqçılıq ittihamı ilə saxlanılıb.
Apasport.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Salas La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
İspan futbolçunun bəzi matçlarda bilərəkdən sarı vərəqə aldığı və buna qoyulan mərclərdən haqsız qazanc əldə etdiyi iddia edilir.
Salasın ötən mövsüm 9 matçda 7 sarı vərəqə aldığı və ittihamların hələlik yalnız mövsümün sonundakı matçlarla bağlı olduğu qeyd edilib.
İstintaq çərçivəsində Sevilya şəhərində saxlanılan ispaniyalı futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
“Sevilya” klubu və Salas iddialarla bağlı hələlik açıqlama verməyib.
"Latsio"nun transfer siyahısında olduğu iddia edilən 22 yaşlı Salas dekabrda "Sevilya" ilə müqaviləsini 2029-cu ilin iyununa qədər uzadıb.
"Hatayspor"da yeni baş məşqçi
Mahirin komanda yoldaşı karyerasını İngiltərədə davam etdirə bilər
Dünən gəldi, bu gün zədələndi: Türk klubunda şanssızlıq
Braziliyalı mövsümü erkən başa vurdu
“Fənərbaxça” Talişkadan imtina etdi - səbəb