Əminəm ki, Ermənistanda növbədənkənar seçkilər olacaq.
Söz.az "news.am"-a istinadən xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasını tərk edən Ovik Ağazaryan deyib.
"Səbəblərini danışmayacağam, növbədənkənar seçkilər elan olunanda deyəcəyəm və seçki proqramımızı xalqa təqdim edəcəyik”, - deyə o bildirib.
Növbədənkənar seçkilərin vaxtı ilə bağlı danışan Ağazaryan “Bu payızda ola bilməz. Çünki parlamentin müddətinin bitməsinə bir il qaldığı vatxda növbədənkənar seçkilər keçirilə bilməz. Yəni iyundan əvvəl olmalıdırlar. Növbədənkənar seçkilər necə işləyir? Baş nazir istefa verir, iki həftə baş nazir seçilmir və qanuna görə növbədənkənar seçkilərə gedirik” deyib.
“Hakimiyyətin növbədənkənar seçkilərə getməli olduğunu deyəndə, bunun hakimiyyət üçün faydalı olduğunu nəzərdə tuturam”, - deyə Ovik Ağazaryan əlavə edib.