EN

Nomqon-2 abidəsinin Göktürklər dövrünə aid olduğu təsdiqləndi

Yazını böyüt
Yazını kiçilt

Monqolustanın Nomqon vadisindəki Nomqon-2 Abidə Kompleksinin Göktürklər dövrünə aid olduğu təsdiqlənib. Türk Akademiyasının rəsmi səhifəsində dərc etdiyi xəbərə görə, Monqolustanın Arhangay bölgəsindəki Nomqon vadisində Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı arxeoloji qazıntılarda yeni tapıntılar əldə edilib.

Hafta.az-ın yzdığına görə, 2019-cu ildə başlayan qazıntılar türk tarixi ilə bağlı maraqlı məlumatları ortaya çıxarmağa davam edir. Hətta 2022-ci ildə Nomqon-2 Abidə Kompleksində aparılan qazıntılar zamanı İlteriş Qutluğ Kağana aid olduğu iddia edilən kitabə parçası və mühüm tarixi əsərlər üzə çıxarılıb.

Qazıntılar zamanı böyük bir qurbangah daşı, həmçinin Göktürk və Soğd yazıları olan kitabənin yuxarı hissəsi aşkarlanıb.

Yazı fraqmentində İlteriş Qutluğ Xaqana aid olduğu düşünülür, orada Göktürk xətti ilə həkk olunmuş 12 sətirlik “Qutluğ Kağan Türk... Tanrı oğlu” və soğdca yazılmış 6 sətirlik “Qutluğ Kağan...” mətni tapılıb.

Mətnin oxunması ilə bağlı işlər davam edərkən, yazının aşağı hissəsinə 2023-cü ildə çatılıb. Ancaq fiziki şərtlərə görə zədələnmiş, alt hissədə olan Göktürk yazısı oxunmayıb. Digər tərəfdən, kitabənin arxasındakı Çin mətni qismən qorunduğu üçün oxunaqlı hesab edilib.

Tapılan kitabə 2024-cü ildə Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən Ulan-Batorda təqdim edilib. Çin mətnini təhlil etmək üçün təqdimata Daxili Monqolustan Universitetinin mütəxəssisləri dəvət olunub.

Araşdırmalar nəticəsində yazının aşağı hissəsində 15 sətir olduğu və hər sətirdə 24 heroqlif olmaqla, cəmi 290 və 300 heroqlif olduğu müəyyən edilib.

Lakin aparılan araşdırmalarda yuxarıdan aşağıya doğru yazılan və sətirləri sağdan sola düzülən Çincə mətni üçüncü sətirdən səkkizinci sətirə qədər qismən oxumaq mümkün olub.

Chosen
8
hafta.az

1Sources