Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) sözçüsü Kennedi Okoth Omondi qruplaşmaların törətdiyi zorakılıqların baş verdiyi Haitidə 1 milyon 41 min insanın məcburi köçkün olduğunu açıqlayıb.Omondi BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Haitidəki vəziyyətlə bağlı açıqlamalar verib.Omondi davam edən dəstə zorakılığı, sağlamlıq kimi əsas xidmətlərin çökməsi və qida təhlükəsizliyinin pisləşməsi səbəbindən daxili yerdəyişmənin təxminən iki dəfə artdığını qeyd edərək, təhlükəsizliyin və digər təcili ehtiyacların təmin edilməsinin vacibliyini vurğulayıb.Omondi, 2023-cü ilin dekabr ayında Haitidə köçkünlərin sayının 315 min olduğunu xatırladaraq, "Əlimizdə olan ən konkret məlumat budur ki, hazırda Haitidə tam olaraq 1 milyon 41 min insan köçkün kimi yaşayır. Bu insanların əksəriyyəti bir dəfədən çox məcburi köçkün edilib" deyib.Ən böyük yerdəyişmələrin paytaxt Port-au-Prinsdə baş verdiyini vurğulayan Omondi, yerdəyişmələr səbəbindən bir çox əyalətin səhiyyə sistemlərinə mənfi təsir göstərdiyini də qeyd edib.İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan Haiti 11 milyonu aşan əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.