Bakı, 15 yanvar, AZƏRTAC
Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma Şəkidə təlim-məşq toplanışındadır.
Əsas diqqət ümumi fiziki hazırlığa yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.
Qeyd edək ki, yanvarın 13-dən başlayan toplanış ayın 25-də başa çatacaq.