Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.
Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.