EN

Novak Cokoviç yeni rekorda imza atıb

Serbiyalı tennisçi Novak Cokoviç yeni rekorda imza atıb.

Novak Cokoviç tennis tarixində Böyük Dəbilqə turnirlərində ən çox oyun keçirən tennisçi olub.

"Operativ Media" xəbər verir ki, o, 430 oyunla Rocer Federerin 429 oyunluq rekordunu geridə qoyub.

Bundan əlavə serbiyalı idmançı 30 yaşdan sonra Böyük Dəbilqə turnirlərində 150 qələbə qazanan ikinci oyunçu olub. Bu uğura daha əvvəl yalnız Serena Uilyams nail olmuşdu.

 

1Sources