"Biz vəziyyəti diqqətlə təhlil edirik. Məqsəd, sanksiyaların təsirini minimuma endirən və ölkəmizin, eləcə də şirkətlərimizin maraqlarını ən yaxşı şəkildə qoruyan tədbirlər görməkdir. Heç bir ssenarini istisna etmək olmaz," - deyə Peskov vurğulayıb.
Avropa İttifaqının Rusiyadan alüminium idxalını qadağan etmək planları barədə yayılan məlumatlara münasibət bildirən Peskov qeyd edib ki, Kremlin bu məsələdən xəbəri var:
"Belə müzakirələrin getdiyini ehtimal etmək olar. Alüminium bazarı kifayət qədər həssasdır və bu cür qərarlar dünya bazarında qeyri-sabitliyə səbəb ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31