Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyatı olunub.
Xalq şairinin köməkçisi Arif Mehmandost Teleqraf.com-a açıqlamasında onun səhhətinin yaxşı olduğunu bildirib: "Nəriman Həsənzadə üç gündür ki, ürəyindən əməliyyat edilib. Hazırda səhhəti yaxşıdır".
Qeyd edək ki, Xalq şairinin 93 yaşı var.
Müəllif: Rəqsanə Həsənova