EN

İranın neft ixracı yaya qədər gündəlik bir milyon barrel azalacaq

Amerikanın İranın neft ixracına qarşı tətbiq etdiyi yeni sanksiyaların və Donald Trampın ehtimal olunan daha sərt siyasətlərinəticəsində İranın Çinə ixrac etdiyi neftin miqdarının gündəlik bir milyon barrelə qədər azalacağı proqnozlaşdırıır.

Bu barədə "Ekonomist" nəşrinin hesabatında yazılıb.

Bildirilib ki, Çin İran neftinin əsas alıcısı olduğuna görə, bu azalma İran iqtisadiyyatı üçün əlavə problemlər yaradacaq.

"Ötən il İslam Respublikasının neft ixracı 2018-ci illə müqayisədə 12 dəfədən çox artaraq sutkada 1,8 milyon barrelə çatıb. Ancaq indi, hətta Tramp Ağ Evə qayıtmazdan əvvəl də vəziyyət dəyişib və tendensiyanın güclənməsi gözlənilir",- nəşr bildirib.

Nəşrin yazdığına görə, Tramp ilk addım olaraq daha çox İrana məxsus neft tankeri və treyderini Xəzinədarlığın qara siyahısına əlavə edə bilər.

"Tramp hökuməti bu cür taktikalardan istifadə etməklə İranın xam neft ixracını yay aylarına qədər gündə bir milyon bareldən çox azalda bilər. Belə bir taktıka neftin bir barelinin qiymətini 5-10 dollar arasında artıra bilsə də, bu qiymət artımı Amerika istehlakçıları üçün problem yaratmayacaq, əksinə Amerikadakı neft istehsalçılarına kömək edəcək",- "Ekonomist" qeyd edib.

visiontv.az



Chosen
12
visiontv.az

1Sources