EN

Paşinyan İrəvanın dünyanın müxtəlif ölkələri ilə olan münasibətlərini xarakterizə edib

Ermənistanın Baş Naziri Paşinyan ölkənin xarici siyasət kursu barədə geniş məlumat təqdim edərək, İrəvanın dünyanın müxtəlif ölkələri ilə olan münasibətlərini xarakterizə edib:

İran: «münasibətlər heç vaxt olmadığı qədər məzmunludur, onlar təbii maraqlar üzərində qurulub»;

Gürcüstan: «münasibətlər strateji tərəfdaşlıq orbitindədir, bu da inkişaf üçün yeni perspektivlər və potensial açır»;

Türkiyə: «qarşılıqlı anlaşma üçün aşkar bir əsas formalaşıb»;

Azərbaycan: «Azərbaycanla mövcud olan bütün məsələlər üzrə Ermənistan konstruktiv həllər təklif edib»;

 Rusiya: «münasibətlərimiz heç vaxt olmadığı qədər praktiki xarakter daşıyır... Biz bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyə çalışırıq»;

Fransa: «dostluğumuz möhkəmlənib və inkişaf edib»;

Avropa İttifaqı: «münasibətlər hazırda heç vaxt olmadığı qədər sıxdır və bu, Brüsseldə də təsdiqlənir»;

ABŞ: «Strateji tərəfdaşlıq başlayır»;

Hindistan: «münasibətlər yeni çəki və məna kəsb edib»;

Çin: «münasibətlər inkişaf edir və dərinləşir»;

Yaxın Şərq: «tərəfdaşlıq üçün yeni imkanlar açılıb».

Elçin Alıoğlu

visiontv.az



Chosen
7
visiontv.az

1Sources