BAKI/17.09.10/TURAN: II Bakı beynəlxalq qaz konfransı Caspian Gas Infrastructure-2010 onunla yadda qaldı ki, dünənki iclasda iki iri qaz kəməri tikintisi layihəsini birləşdirmək təklif edildi. Onların hər birinə rəsmi Brüsseldə Xəzər hövzəsinin qazının Avropa bazarlarına nəqlinin diversifikasiyasının ən yaxşı variantı kimi baxılır. Bu ideyanı Almaniya təmsilçisi səsləndirib: RWE Supply & Trading şirkətinin biznesin inkişafı üzrə rəhbəri Ceremi Ellis TIGI (Türkiyə-Yunanınstan-İtaliya) və Nabucco-nun birləşdirilməsinin mümkünlüyündən danışıb. O bildirib ki, ayrılıqda ITGI və TAR-ın (Yunanınstan-Albaniya-İtaliya) böyük konsentrasiya riski var, çünki faktik olaraq eyni ölkənin bazarı üçün nəzərdə tutulub. `Bu cəhətdən Nabucco daha uğurlu vəziyyətdədir. Bundan başqa, Avropa İttifaqının dəstəyi və 50 il qüvvədə olacaq hökumətlərarası müqavilə var`, - deyə o qeyd etdi. `ITGI Yunanıstan və İtaliya istiqamətində Nabucco-nun davamı ola bilər. Bu, ITGI-i BOTAS-ın asılılığından azad edərdi`, - deyə Ellis bildirib. Öz növbəsində Yunanıstanın Depa şirkətinin vitse-prezidenti Spiros Paleoyannis (Spiros Paleoyannis) deyib ki, ötən illərdə `Cənub dəhlizi` layihələrinin həyata keçirilməsində irəliləyiş yoxdur. Ona görə Avropa bazarlarına alternativ qaz tədarükü prosesini sürətləndirmək üçün ITGI-ni Nabucco-nun birinci mərhələsi kimi həyata keçirmək olar. * `Cənub dəhlizi`nə bu layihələr daxildir: South Stream, Nabucco, ITGI, TAP. --12C-