EN

Əfqanıstan ABŞ ilə məhbusların mübadiləsinə hazır olduğunu bildirib

Əfqanıstan administrasiyası Amerika Birləşmiş Ştatları (ABŞ) ilə məhbusların mübadiləsinə hazır olduqlarını bildirsə də, ABŞ administrasiyası hələlik konkret addım atmayıb.

Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı "Amu TV"-yə danışıb.

Mücahid mümkün məhbus mübadiləsi ilə bağlı danışıqların davam etdiyini, lakin hələlik müsbət nəticə vermədiyini vurğulayaraq deyib:

“Əfqanıstanda saxlanılan amerikalıların müqabilində Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif etmişik, lakin ABŞ hələ də addım atmayıb”. 

Qeyd edək ki, 2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin sərbəst buraxılması üçün tərəflər arasında təxminən 6 aydır danışıqlar aparılır.

Daha əvvəl müxtəlif KİV-lərdə iki ölkə arasında Əfqanıstandakı həbsxanalarda saxlanılan ABŞ vətəndaşlarının Quantanamo həbsxanasında saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin müqabilində azadlığa buraxılması ilə bağlı danışıqların davam etdiyi bildirilib.



Chosen
3
4
trt.net.tr

5Sources